Roberta Metsola Avropa Parlamentinin prezidenti seçildi

Dünya

16.07.2024 16:15

Malta təmsilçisi olan 45 yaşlı Roberta Metsola ikinci dəfə Avropa Parlamentinin prezidenti seçilib.

TodayPress-in xəbərinə görə, 623 deputatdan 562 nəfəri onun lehinə səs verib. R.Metsolanın rəqibi olan İrene Montero isə 61 nəfərin etimadını qazanıb.

Qeyd edək ki, Avropa Parlamentinin prezidentinin səlahiyyət müddəti 2 il 6 ay təşkil edir. Bu posta növbəti seçki 2027-ci ilin yanvarında keçiriləcək.

Nərmin Tuncay

tag: Roberta Metsola, Malta, Avropa, Parlament, Deputat, todaypress.az,