Robert Köçəryana qarşı iş bərpa edildi

Dünya

13.09.2024 21:54

Ermənistan Kassasiya Məhkəməsi eks-prezident Köçəryana qarşı işi bərpa edib.

 

TodayPress xəbər verir ki , bu barədə Ermənistan KİV məlumat yayıb.

 

“Robert Köçəryan və digərlərinin işi üzrə apellyasiya məhkəməsinin qərarı ləğv edilərək, yeni mühakimə üçün korrupsiyaya qarşı mübarizə məhkəməsinə göndəriləcək” məhkəmədən bildirilib.

 

2021-ci ilin iyununda İrəvan məhkəməsi Köçəryana qarşı 2008-ci ilin martında etirazları dağıtmaq üçün konstitusiya quruluşunun devrilməsi maddəsi ilə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib.

 

Daha iki təqsirləndirilən şəxs - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində də analoji tədbirlər görülüb.


Aynur TAC

tag: Ermənistan, Robert Köçəryan, Məhkəmə, İrəvan,todaypress.az,