Rılskda raket hücumu qurbanlarının sayı artdı
Dünya
21.12.2024 11:22
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Rılska kütləvi hücumu nəticəsində həlak olanların sayı artıb.
TodayPress xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.
“12 nəfər yaralanıb, birinin ağciyərinə orta ağır ziyan dəyib, beş nəfər ölüb, onların arasında uşaq olmayıb” deyə o, aydınlaşdırıb.
Ukrayna Silahlı Qüvvələri bir gün əvvəl, dekabrın 20-də Rılska raket zərbəsi endirib.
KİV-in məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan döyüş başlıqlarından birindən təxminən 17 sursat düşüb, bundan sonra şəhərdə yanğın başlayıb. Versiyalardan birinə görə, atəş Ukraynanın Çerniqov vilayətindən həyata keçirilib.
Töhfə Səməd
tag: Rusiya, Hücum ,Müdafiə, Rılsk, todaypress.az,