"Reuters": Rusiya Bəşər Əsədə hərbi yardım vəd edib
Rusiya Hələbdə üsyançıların irəliləməsinin qarşısını almaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Qeyd olunub ki, yaxın 72 saat ərzində Moskvadan yeni hərbi texnika Suriyaya gəlməyə başlayacaq.
Artıq Rusiyanın Suriya ordusuna havadan dəstək verdiyi bildirilib.
Xatırladaq ki, Bəşər Əsəd noyabrın 28-də, üsyançıların ordusuna qarşı genişmiqyaslı hücumu zamanı təcili Moskvaya uçub.
Günəş Mərd
tag: Rusiya, Hələb, Moskva, Suriya,Bəşər Əsəd, todaypress.az,