“Reuters”: Bəşər Əsədin hakimiyyəti başa çatdı
Dünya
08.12.2024 10:17
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, Suriya ordusunun komandanlığı zabitləri Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə xəbərdar edib.
“Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin 24 illik hakimiyyətinin sona çatması barədə zabitlərə məlumat verib” üsyançıların bəyanatında deyilir.
“Əl-Cəzirə”nin müxaliflərə istinadla verdiyi məlumata görə, üsyançılar Dəməşqdə ictimai radio və televiziya binasını ələ keçiriblər.
Baş nazir Məhəmməd Qazi əl-Cəlali isə xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bildirib.
tag: Suriya,Baş nazir,Bəşər Əsəd,Hakimiyyət,Todaypress.az,