Reuters: ABŞ-nin yeni sanksiyalarına görə neft nəqlinin qiyməti kəskin artdı

Dünya

15.01.2025 14:47

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları fonunda dünya üzrə neft nəqlinin qiymətləri kəskin artıb. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, treyderlər təcili olaraq Hindistan və Çinə çatdırılma üçün tanker sifariş ediblər. Çin və Hindistan neftayırma zavodları ABŞ-nin Rusiya neftinə qarşı sanksiyalarından təsirlənməmək üçün özləri yeni təchizat mənbələri axtarırlar.

Nəşr bildirib ki, Yaxın Şərq-Çin marşrutu üzrə tarif yanvarın 10-dan 39% artaraq 37,8 min dollara çatıb. "S&P Global Commodity Insights"a görə, "ESPO" neftini Kozmino limanından Şimali Çinə daşıyan "Aframax" tankerləri üçün yük tarifləri yanvarın 13-də iki dəfədən çox artaraq 3,5 milyon dollar təşkil edib.

Töhfə Səməd

tag: ABŞ ,Rusiya ,Çin ,Sanksiya ,Neft,todaypress.az,