Respublikaçılar Partiyası korrupsiyaya görə Ukraynaya yardımı yoxlamağı planlaşdırır
Dünya
24.12.2024 12:27
ABŞ Respublikaçılar Partiyasının nümayəndələri korrupsiya qalmaqallarına görə Ukraynanın Amerika yardımından istifadəsinə dair yoxlamalar aparmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Kyiv Post" yazıb.
Nəşr yüksək rütbəli respublikaçı konqresmenin keçmiş müşaviri, “Kiyevdəki Respublikaçılar Partiyasının adamı” adlandırılan Stiven Murun sözlərinə istinad edib. “Amerikanın Ukraynaya yardımından düzgün istifadə edilib-edilməməsi ilə bağlı təfərrüatlı sualların veriləcəyi çoxlu dinləmələr gözlənilir” deyə keçmiş müşavir bildirib.
Mur qeyd edib ki, Kiyev bütün məlumatları dəqiq verə bilməsə, respublikaçılar yardımı dayandıra bilərlər. Yoxlamanın vaxtı açıqlanmayıb.
Töhfə Səməd
tag: Kiyev, Müşavir ,Konqres, Ukrayna, todaypress.az,