Rəsmilərin Belarusa səfərləri qadağan edildi

Dünya

14.06.2024 12:15

Paşinyanın administrasiyasının rəhbəri Araik Arutyunyan Belarusa rəsmi səfərləri ləğv etməyi tapşırıb.

TodayPress xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış sərəncama istinadən məlumat yayıb.

Qeyd edək ki, Paşinyan Belarusa bütün rəsmi səfərləri ləğv etdiyini bəyan edib. Bunun ardınca İrəvan Minskdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Belarus XİN də İrəvandakı səfirlərini geri çağıracaqlarını açıqlayıb.

tag: Belarus, Qadağan, Paşinyan, Səfər, todaypress.az,