Rəsmi Tokio İrana səfərlərlə bağlı xəbərdarlıq etdi
Dünya
06.08.2024 11:52
Yaponiya hökuməti vətəndaşlarına müraciət edərək İrana getməməyə çağırıb.
TodayPress xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Yosimasa Xayasi mətbuat konfransında deyib.
Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb ki, bu da “həmin ölkəyə səyahət etmək məsləhət görülmür” deməkdir.
Ötən gün isə Yaponiya hökuməti vətəndaşlarına Livandan çıxmağı məsləhət görüb.
Töhfə Səməd
tag: Yaponiya, Vətəndaşlar, Yosimasa Xayasi, İran, Tokio, Livan, todaypress.az,