Rəsmi Tblisi Baydeni məyus etdi
ABŞ Gürcüstan hökumətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsindən məyusdur.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Amerika lideri Cozef Bayden Gürcüstan prezidenti Salome Zurabişviliyə məktubunda yazıb.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Tbilisinin Avro-Atlantik inteqrasiyasına sadiqdir, həmçinin sülh, sabitlik, azadlıq və insan haqlarını əhatə edən ümumi dəyərləri müdafiə edir.
Qeyd edək ki, iyunun 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.
Günəş Mərd
tag: Gürcüstan, ABŞ, Salome Zurabişvili, Cozef Bayden,Vaşinqton, todaypress.az,