Rekord sayda fransız Makrondan narazıdır

Dünya

20.10.2024 14:19

2568

Rekord sayda Fransa sakini ölkə prezidenti Emmanuel Makrondan narazıdır.   

TodayPress xəbər verir ki, bu barədə “Ifop” tərəfindən aparılan sorğunun nəticələrində göstərilib.   

Sorğunun nəticələrinə görə, fransızların 78 faizi Makronun siyasətini bəyənmir.

“Ifop”un rəhbəri Frederik Dubi qeyd edib ki, Makronun reytinqi may ayından bəri doqquz pillə qədər aşağı düşüb və bu, vətəndaşların ona inamının kifayət qədər sürətlə azaldığını göstərir. 

Lakin fransızlar təkcə ölkə rəhbərindən deyil, baş nazir Mişel Barnierin işindən də narazıdırlar. Onun reytinqi də aşağı düşməkdə davam edir. Ancaq indiyədək respondentlərin 60 faizi bunu təsdiqləyib. 

Günəş Mərd 

tag: Fransa,Makron,Sorğu,Nəticə,Todaypress.az,