Rəisinin ölümü qəza adlandırıldı

Dünya

21.08.2024 22:35

2840

İran agentlikləri İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı araşdırmanı yekunlaşdırıb və bunun qəza olduğunu müəyyən edib.

TodayPress xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi İranın xüsusi xidmət orqanlarına istinadən məlumat verib.

“Prezidentin olduğu helikopterdə təhlükəsizlik protokollarına icazə veriləndən iki nəfər çox idi, buna görə də pilot dumanı görüb helikopteri lazımi hündürlüyə çıxarmağa cəhd edə bilmədib” mənbədən bildirilib.

Xidmət orqanları Rəisinin ölümündən sonra ən azı 30 min insanı yoxlamadan keçirib və nəticəyə gəliblər ki, günahkar insan faktoru deyil.

Mənbə bildirib ki, helikopterlərdə təhlükəsizlik tələblərinə uyğun “GPS” sistemi quraşdırılmayıb. Bu o deməkdir ki, təyyarənin elektronika sistemlərinin sındırılması ehtimalı və onlara müdaxilə etmək mümkündür.

Qeyd edək ki, mayın 19-da Rəisi və digər İran rəsmilərini daşıyan helikopter İranın şimalında qəzaya uğrayıb. Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Aytac Müşfiq

tag: İran, Qəza, Rəisi,Prezident,todaypress.az,