Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açıldı
Dünya
11.06.2024 14:21
İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.
TodayPress xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir mətbuat konfransında deyib.
Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub. Qəzanın səbəbləri araşdırılır.
Nərmin Tuncay
tag: İbrahim Rəis, İran, Əsgər Cahangir,Qəza, Helikopter, todaypress.az,