Rəisi haqqında serial çəkiləcək

Dünya

25.07.2024 09:17

İranın dövlət televiziya və radio şirkəti ölkənin keçmiş prezidenti İbrahim Rəisi və  xarici işlər naziri Hüseyn Əmir Abdullahianın həyatı haqqında serial çəkməyi planlaşdırır.

TodayPress xəbər verir ki, bu barədə "Vesti.ru" yazır. 

Hazırda çəkiliş qrupunun formalaşdırılması müzakirə olunur. Serialın dram janrında olacağı bildirilir. 

Xatırladaq ki, İbrahim Rəisi və Hüseyn Əmir Abdullahian may ayında təyyarə qəzasında həlak olublar.

Günəş Mərd

tag: Reis, Serial, Hüseyn Əmir, Çəkiliş, todaypress.az,