Rayan Rut məhkəmədə Trampa sui-qəsd cəhdi ittihamlarını rədd etdi
Dünya
01.10.2024 06:12
Rayan Uesli Rut Florida ştatı məhkəməsində
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampa
sui-qəsd cəhdi ittihamlarını rədd edib.
TodayPress xəbər verir ki, bu barədə “CBS” telekanalı
bildirib.
Məlumata görə, təxminən beş dəqiqə davam edən bazar
ertəsi iclasında Ruta beş bənd üzrə ittihamlar oxunub və o, hər birini rədd
edib. Qeyd olunub ki, Rutun vəkilləri onun işi üzrə andlı iclasçılar
məhkəməsinin keçirilməsini xahiş ediblər.
Ruta qarşı irəli sürülən ittihamlar ömürlük həbs cəzasına
qədər cəza nəzərdə tutur.
tag: Donald Tramp,Sui-Qəsd, ABŞ, İttiham, Rut,todaypress.az,