Rasmussen: "Qərb ölkələri “D7” iqtisadi alyansı yaratmalıdır"
NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın “yeddi demokratik ölkə” (D7) alyansını qurmasını təklif edib.
TodayPress xəbər verir ki, o, bu fikri "İnews" saytına verdiyi müsahibədə səsləndirib.
Rasmussen bildirib ki, bu ölkələr həm Çindən, həm də ABŞ prezidenti Donald Trampın mümkün təzyiqlərinə qarşı birgə dayanmalıdır. Onun sözlərinə görə, D7 ölkələrindən birinə qarşı edilən iqtisadi təzyiq, hamıya qarşı hücum kimi qəbul edilməli və birlikdə cavab verilməlidir.
O əlavə edib ki, belə bir ittifaq dünya iqtisadiyyatının 30-40 faizini təmsil edə bilər və bu da onu güclü bir qüvvəyə çevirər.
Türkan İsgəndərli
tag: G7,Avropa,Qərb,NATO,todaypress.az,