Radiasiyadan qorunmaq üçün çadırlar hazırlandı

Dünya

22.12.2024 14:18

Yaponiya hökuməti atom elektrik stansiyalarının yaxınlığındakı ərazilərdə yaşan şəxsləri baş vermiş qəza nəticəsində kütləvi şəkildə buraxılan radioaktiv hissəciklərdən qoruya bilən xüsusi çadırlarla təmin edəcək. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV yazıb. 

Çadırların uzunluğu 10 metr, eni isə 8 metrdir və içərisinə 40 nəfərə qədər şəxs yerləşə bilər.

Filtrləri olan hava girişləri belə bir otaqda kənardan daha yüksək təzyiq saxlayacaq. Tərtibatçıların fikrincə, bu, nüvə reaktorunda baş verən partlayış nəticəsində atmosferə buraxılan radioaktiv hissəciklərin nüfuzunun qarşısını alacaq. 

Çadırların davamlı binaların içərisində, məsələn, idman salonlarında quraşdırılması nəzərdə tutulur. Onlar insanları yalnız bir neçə gün qoruya biləcəklər, bundan sonra əhalini daha təhlükəsiz ərazilərə təxliyə olunmalıdır.

Belə çadırların quraşdırılması noyabr ayında Yapon dənizi sahilindəki İşikava prefekturasındakı atom elektrik stansiyasının yaxınlığındakı təlimlər zamanı sınaqdan keçirilib.

Qeyd edək ki, hazırda Yaponiyada 13 nüvə reaktoru fəaliyyət göstərir. 

tag: Yaponiya,Nüvə,Çadır,Reaktor,Todaypress.az,