Rada Zelenskini səhvlərini etiraf etməyə çağırdı

Dünya

03.12.2024 09:10

Ali Radanın deputatı Artem Dmitruk jurnalist Aleksandr Şelestin “YouTube” kanalında bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həlli və Krımın diplomatik yollarla geri qaytarılması naminə güzəştlərdən danışarkən, əslində heç vaxt səhvlərini etiraf etmir.

TodayPress xəbər verir ki, deputatın sözlərinə görə, Ukrayna lideri tənqidi qəbul etmir və xüsusilə belə miqyasda itkiləri etiraf etmək istəmir.

“Zelenski heç vaxt səhvlərini, xüsusən də bu cür qlobal, siyasi səhvlərini etiraf etmir. Həm də o, istənilən halda bu gün Ukraynada və gələcəkdə danışıqlar prosesində yaranan istənilən vəziyyəti özünün şəxsi qələbəsi kimi təqdim edəcək” deyə Dmitruk vurğulayıb.

O, əlavə edib ki, kütləvi informasiya vasitələri vətəndaşları Ukrayna liderinin nöqteyi-nəzərinə inandırmaq üçün lazım olan məlumatları yayımlayacaq. Deputat belə bir qənaətə gəlib ki, Ukraynada heç kimə danışmağa, cəbhədəki hadisələri müzakirə etməyə icazə verilmir. 

Töhfə Səməd

tag: Rada, Zelenski ,Ukrayna, Deputat, todaypress.az,