“Quyu-4” əməliyyatı keçirildi: 4 MAFİYA LİDERİ SAXLANILDI

Dünya

08.06.2024 10:53

Türkiyə polisi beynəlxalq narkotik ticarəti və 4 ayrı mütəşəkkil cinayət qruplaşmasına qarşı “Quyu-4” əməliyyatlarını keçirib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.

“Əməliyyatlar çərçivəsində mütəşəkkil cinayət qruplaşmaların liderləri – Mərt (Orxan) Ünğan, İbrahim Qurdar, Aydın Razaki, və Rəcəb Özyıldız saxlanılıb”, - nazir bildirib.

Nərmin Tuncay


tag: Quyu əməliyyatı, Mafiya, Dünya, Türkiyə, todaypress.az,