Quterreş beynəlxalq maliyyə sistemini tənqid etdi

Dünya

12.06.2024 18:02

“Beynəlxalq maliyyə sistemi köhnəlib və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsizdir”. 

TodayPress xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib. 

Onun sözlərinə görə, qlobal maliyyə sistemi inkişaf etməkdə olan ölkələrin təhlükəsizliyini təmin edə bilməyib. Beynəlxalq ticarət sistemi hər tərəfdən problemlərlə üzləşir və hazırda parçalanma ərəfəsindədir. 

Ticarət rifah mənbəyinə çevrilib, eyni zamanda bərabərsizlik, qarşılıqlı əlaqə və asılılıq, iqtisadi innovasiya və ekoloji deqradasiyaya çevrilib. 

Baş katib qeyd edib ki, çoxtərəfli əməkdaşlıq zəiflədiyi bir vaxtda UNCTAD-ın işi vacibdir. 

Günəş Mərd

tag: BMT, Baş Katib,Antonio Qutarreş, Mailiyyə, Borc,