Quşların qanad uzunluğu iqlimə bağlıdır
ABŞ və Böyük Britaniyadan olan beynəlxalq tədqiqat qrupu quş qanadlarının formalaşması ilə bağlı ornitologiyadakı ənənəvi yanaşmanı alt-üst edən kəşf edib.
TodayPress xəbər verir ki, bu barədə “Global Ecology and Biogeography” (GEB) elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Müasir kompüter görmə sistemi “Skelevision” vasitəsilə aparılan tədqiqat nəticəsində məlum olub ki, quş qanadlarında sümük uzunluğu Allen qanununa uyğundur: yəni iqlim istiləşdikcə, quşların qanad və ətraf sümükləri uzanır.
Süni intellektə əsaslanan sistem 12 450 nümunəni 96% dəqiqliklə təhlil edib və bütün qitələrdə yaşayan 1520 növ sərçəkimilər üzərində araşdırma aparıb.
Əldə edilən nəticələr göstərib ki, isti iqlimlərdə uzun qanadlar uçuş əzələlərindən yaranan istiliyi bədənə yaymağa kömək edir. Bu isə quş qanadlarının yalnız uçuşa uyğunlaşma nəticəsində formalaşdığına dair mövcud fikri yenidən nəzərdən keçirməyə əsas verir.
Qiymət Mahir
tag: Quş,Araşdırma,Qanad,Uçmaq,Alim,todaypress.az,