Quş qripi ilə bağlı İDXAL QADAĞASI
Dünya
08.06.2024 10:10
Filippin quş qripi (H5N1) ilə əlaqədar Avstraliyadan quş idxalını qadağan edib.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda qeyd olunub: “Filippin, ölkədə son vaxtlar quş qripi halları qeydə alındıqdan sonra Avstraliyadan quş və quşçuluq məhsullarının idxalına qadağa qoyub. Avstraliyadan vəhşi ev quşlarının, o cümlədən quş əti, yumurta idxalı dərhal dayandırılacaq”.
Qeyd edək ki, Avstraliya Filippini toyuq əti ilə təmin edən dördüncü böyük idxalçıdır.
Xatırladaq ki, mart ayında Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb. Quş qripi xaricdən qayıdan bir uşaqda aşkarlanıb.
Günəş Mərd
tag: Quş qripi, İdxal, Filippin, H5N1, Avstraliya, todaypress.az,