Quraqlıq əkin sahələrini məhv etdi: 13 min ailə evlərini tərk etdi
Dünya
06.06.2024 11:14
Boliviyada güclü quraqlıq və şaxta azı 39 bələdiyyəyə təsir edib, əkin sahələrini məhv edib və 13 min ailə evlərini tərk etməyə məcbur olub.
TodayPress xəbər verir ki, bununla bağlı ölkənin mülki müdafiə nazirinin müavini bildirib. O, deyib ki, quraqlıq dövrü hələ yeni başlayıb və artan su qıtlığının əhaliyə təsiri gözlənilir.
Mülki Müdafiə Nazirliyinin hesabatına görə, quraqlıq daha çox Boliviyanın Santa Kruz, La Paz, Beni və Potosi departamentlərindəki bələdiyyələrə təsir edib.
Məlumatda bildirilib ki, şaxta və dolu 30 bələdiyyədə fəsadlar törədib, 32 min 687 ailəyə təsir edib.
tag: Quraqlıq, Boliviya, Mülki Müdafiə Nazirliyi, todaypress.az,