Quranı yandıran şəxs güllələndi

Dünya

30.01.2025 15:55

İsveçdə Qurani-Kərimi yandıran 38 yaşlı Salvan Momika evində güllələnib.

TodayPress xəbər verir ki, bu barədə “SVT Nyheter” məlumat yayıb.

Momikanın meyiti yanvarın 29-u axşam saatlarında yaşadığı ünvanda tapılıb.

Ehtimal olunur ki, hadisə baş verən zaman o, sosial şəbəkələrdə canlı yayımda olub, lakin polis hələlik bu barədə açıqlama verməyib.  

Hüquq-mühafizə orqanları qatilin kimliyini hələlik təsdiqləməyib.

Qeyd edək ki, 2023-cü il iyunun 28-də Salvan Momika və Salvan Najem Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıblar.

Nicat Osman

tag: Quran,İsveç,Stokholm,Güllə,Todaypress.az,