QUAD formatında təhlükəsizlik müzakirə edildi
Dünya
22.01.2025 10:15
ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici işlər orqanlarının rəhbərləri Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində görüş keçiriblər.
TodayPress xəbər verir ki, bu barədə "RİA" yazıb.
Birgə bəyanatda qeyd olunub ki, dövlətlər regional dəniz, iqtisadi və texnoloji təhlükəsizliyi gücləndirməyə, eləcə də təhlükəsiz təchizat zəncirlərini təşviq etməyə sadiqdirlər.
Qeyd olunub ki, dörd ölkənin Hindistanda keçiriləcək sammitinə hazırlıq məqsədilə QUAD formatında işlər növbəti aylarda müntəzəm olaraq davam etdiriləcək.
tag: ABŞ,Hindistan,QUAND,Dialoq,Region,Todaypress.az,