Qruşko: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"

Dünya

20.12.2024 11:05

"Şimali Atlantika Alyansı Rusiya ilə müharibəyə hazırlaşır, Moskva hərbi planlaşdırmada bu riskləri nəzərə alır və Qərbə bununla eksperiment aparmağı məsləhət görmür".

TodayPress xəbər verir ki, bunu "kp.ru" saytına müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Xülasə, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bizim hərbi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təkliflərimiz ABŞ və onun müttəfiqləri tərəfindən rədd edildi. Bununla bağlı Rusiyanın təhlükəsizliyinə qarşı birbaşa risklər hərbi inkişafımızda nəzərə alınır” deyə diplomat əlavə edib ki, istənilən ssenaridə Rusiyanın təhlükəsizliyi təmin olunacaq.

Qruşkonun sözlərinə görə, NATO-nun ümumi kursu həm Rusiya, həm də qlobal və regional təhlükəsizliyin ümumi arxitekturasına təhlükə yaradır. 

Töhfə Səməd

tag: NATO ,Rusiya, Qruşko ,ABŞ, todaypress.az,