Qrossinin Kursk AES-ə səfəri təsdiqləndi
Gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin Kursk Atom Elektrik Stansiyasına (AES) səfəri baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Qrossi vəd edib ki, o, Kursk AES-ə baş çəkərək onun rəhbərliyi ilə danışacaq və AES-ə qarşı hücumların olub-olmadığını müəyyənləşdirəcək.
MAQATE rəhbəri vurğulayıb ki, o, xarici enerji təchizatının vəziyyətini və stansiyaya giriş marşrutunu qiymətləndirmək istəyir.
Töhfə Səməd
tag: Qrossi, Kursk, Atom Elektrik Stansiyası,Beynəlxalq Atom Enerjisi Agentliyi,Hücumlar, todaypress.az,