Qrossinin Kursk AES-ə səfəri başa çatdı

Dünya

27.08.2024 17:32

1082

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Kursk atom elektrik stansiyasına (AES) baxış keçirmək üçün Kurçatov şəhərində olub.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Qrossi bildirib ki, onun səfəri hərbi əməliyyatların yaxınlığı və nüvə insidentinin təhlükəsi ilə bağlıdır.

O, əlavə edib ki, Kursk AES normal rejimdə fəlaiyyət göstərir. Lakin stansiyada dron zərbələrinin izləri aşkar edilib. 

"Əgər Kursk AES-ə xarici təsir olarsa, bunun nəticələri son dərəcə ciddi ola bilər" deyə AEBA rəhbəri bildirib.

Qeyd edək ki, Rafael Qrossi növbəti həftə Zelenski ilə görüşmək üçün Kiyevdə olacağını açıqlayıb. 

Töhfə Səməd

tag: Qrossi, Kursk, AES,Zərbələr, Zelenski, Kiyev, todaypress.az,