Qrenlandiyanın müstəqillik qazanacağı tarix açıqlandı

Dünya

16.01.2025 09:33

Qrenlandiyanın referendum yolu ilə müstəqillik qazanması proseduru üç il çəkə bilər. 

TodayPress xəbər verir ki, bu barədə Qrenlandiya parlamentinin üzvü və adanın keçmiş xarici işlər naziri Pele Broberq "RİA"ya müsahibəsində deyib.

O vurğulayıb ki, Qrenlandiyada hazırlanmış planlar 80-ci illərdə Avropa birliklərini tərk etmək üzərində qurulub.

Broberq xatırladıb ki, söhbət üç illik müstəqillik dövründən gedir. Siyasətçi əlavə edib ki, indi Qrenlandiya üçün ən vacibi bu prosesi başlatmaqdır.

Bundan əvvəl Broberq bildirib ki, ada sakinlərinin yalnız 0,0001% ABŞ vətəndaşı olmaq istəyir. 

Yanvarın 15-də Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığında bildirib ki, Qrenlandiyanın müstəqilliyi məsələsini müstəsna olaraq adanın sakinləri özləri həll etməlidir.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.

Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir.

Panama, Kanada və Danimarka hakimiyyəti respublikaçının bəyanatlarına kəskin reaksiya verib.

Günəş Mərd

tag: Qrenlandiya, Müstəqillik ,Vaxt, ABŞ ,todaypress.az,