Qrenlandiyalılar ABŞ-yə qoşulmağa qarşıdır
Dünya
29.01.2025 13:10
Qrenlandiya sakinləri ABŞ prezidenti Donald Trampın adanın ABŞ-yə qoşulması fikrini rədd ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Berlingske” məlumat yayıb.
Qrenlandiyada keçirilən sorğu əsasında bu nəticəyə gəlinib.
Sorğu nəticəsində ada sakinlərinin böyük əksəriyyəti (85%) adanın ABŞ-yə birləşdirilməsinə qarşı çıxıb.
Sorğuda 18 yaşdan yuxarı ümumilikdə 4970 nəfər iştirak edib.
Nicat Osman
tag: Qrelandiya,ABŞ,Tramp,Sorğu,Todaypress.az,