Qondarma Respublikanın “prezidenti” açıqlama verdi
Dünya
21.11.2024 10:42
Abxaziyanın istefa vermiş “prezidenti” Aslan Bjaniyanın komandası qarşıdan gələn seçkilərdə iştirak edəcək.
TodayPress xəbər verir ki, sabiq “prezident”, bu barədə “RİA”ya müsahibəsində deyib.
O, əlavə edib ki, komandası mütləq seçkilərdə iştirak edəcək və bu barədə mövqeyini daha sonra açıqlayacaq.
Bundan əvvəl Bjaniya Abxaziyada “prezident” seçkilərinin fevralın ilk ongünlüyündə reallaşdırılacağını bildirib. Onun sözlərinə görə, respublika hakimiyyəti seçkilərin şəffaflığını və dürüstlüyünü təmin etməyə çalışacaq.
Töhfə Səməd
tag: Abxaziya, Prezident,Aslan Bjaniya,Hakimiyyət, Respublika,todaypress.az,