Qohumların torpaq davası faciəyə səbəb oldu - 3 ölü, 3 yaralı

Dünya

22.06.2024 02:03

Türkiyənin Niğde rayonunda qohumlar arasında başlayan torpaq mübahisəsi faciə ilə nəticələnib.

TodayPress Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Torpaq üstündə qohumlar arasında yaranan dava  zamanı dayı eyni ailədən olan 2 nəfəri tapança ilə vuraraq öldürüb. Cinayəti törədən şəxs daha sonra həmin silahdan özünə atəş açaraq intihar edib. Hadisə zamanı ikisi ağır olmaqla üç nəfərin yaralandığı bildirilir.

GÜNEL

tag: Qohum, Mübahisə,Türkiyə,Atəş açmaq, todaypress.az,