Qocalar evində baş verən atışma nəticəsində 6 nəfər öldü

Dünya

22.07.2024 20:21

Xorvatiyanın Daruvar şəhərində özəl qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, daha 6 nəfərin yaralandığı bildirilir.

Ölənlər arasında beş qoca və müəssisənin bir əməkdaşı da var.

Hadisəni törətdiyinə görə saxlanılan şəxs təqaüddə olan polis əməkdaşıdır.

Qocalar evində öldürülənlərdən birinin onun anası olduğunu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

tag: Xorvatiya, Qocalar evi, Daruvar, Atışma, todaypress.az,