Qlobal silah istehsalçılarının 2023-cü ildəki qazancları açıqlandı
Dünya
02.12.2024 09:42
Dünyanın 100 ən böyük silah şirkəti 2023-cü ilin sonuna qədər 632 milyard dollar qazanıb.
TodayPress xəbər verir ki, bu rəqəmləri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) açıqlayıb.
Bildirilib ki, 2023-cü ildə silah gəlirlərində nəzərə çarpacaq artım olub və bu, çox güman ki, 2024-cü ildə də davam edəcək.
Birləşmiş Ştatlarda yerləşən Top 100-ə daxil olan 41 şirkətin 317 milyard dollarlıq silah gəliri qeydə alınıb ki, bu da Top 100-ün ümumi silah gəlirlərinin yarısına bərabərdir və 2022-ci ildəkindən 2,5 faiz çoxdur. Həmçinin 2018-ci ildən bəri Top 100-dəki ilk beş şirkət ABŞ-yə məxsus olub.
Qeyd olunub ki, silah satışından əldə edilən gəlirdə xüsusi artım Rusiya və Yaxın Şərqdə qeydə alınıb. Bundan əlavə, şirkətlər Şərqi Asiyadakı gərginlikdən və bir neçə ölkədə yenidən silahlanma proqramlarından qazanc əldə ediblər.
Günəş Mərd
tag: Şərqi Asiya, Rusiya, Yaxın Şərq,Sülh, todaypress.az,