Qlobal qaz istehlakı üzrə proqnozlar dəyişdirildi

Dünya

20.11.2024 11:00

2024-cü ildə qlobal təbii qaz istehlakı 2,3 faiz arta bilər. 

TodayPress xəbər verir ki, bu, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) nəticələrinə əsasən proqnozlaşdırılıb.

Doqquz ay ərzində əsas istehlakçı ölkələrdə təbii qaz hasilatı 2,8 faiz artaraq 1,798 trilyon kubmetrə çatıb. Avropa İttifaqı (Aİ) və Böyük Britaniyadakı azalmalar Asiya və Şimali Amerikada artan istehlakla kompensasiya edilib. Buna görə də GECF ilkin proqnozuna yenidən baxıb.

Analitiklər əlavə edib ki, bu təftiş, ilk növbədə, qlobal qaz tələbatının 60 faizini təşkil edən əsas istehlakçı ölkələrdə qaz hasilatının gözləniləndən daha sürətli artması ilə əlaqədardır.

Xatırladaq ki, sentyabrda GECF istehlak artımını 1,5 faiz, oktyabrda isə 2,2 faiz gözləyirdi. İndi isə həmin nəticələr 2,3 faizə qaldırılıb. 

Töhfə Səməd

tag: Proqnoz,Neft,Qaz,İxrac,Dünya,Aİ,todaypress.az,