Qlobal işsizlik səviyyəsi aşağı düşdü

Dünya

12.08.2024 10:25

2861

2023-cü ildə dünya üzrə 15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi 13% təşkil edib ki, bu da son 15 ilin ən aşağı səviyyəsidir.

TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (BƏT) məlumat yayıb. 

“Bu rəqəmin növbəti ilə qədər 12,8%-ə düşəcəyi gözlənilir” deyə bildirilib.

Bununla belə, BƏT-in məlumatına görə, 2023-cü ildə Ərəb Dövlətləri, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit Okean regionunda gənclər arasında işsizlik səviyyəsi 2019-cu ilə nisbətən daha yüksək olub.

“Sülhsevər cəmiyyətlər üç sütuna əsaslanır: sabitlik, inklüzivlik və sosial ədalət. Gənclər üçün layiqli iş bu üç sütunun əsasını təşkil edir” deyə BƏT-in baş direktoru Gilbert Hungbo əlavə edib. 

Töhfə Səməd

tag: İşsizlik, BƏT, Ərəb Dövlətləri, Şərqi Asiya, Cənubi Asiya, Sakit Okean, todaypress.az,