Qızılın qiyməti rekord həddə çatır

Dünya

29.09.2024 17:29

1253

Dünya bazarında qızılın qiyməti artmaqda davam edir. 

TodayPress xəbər verir ki, bu barədə “Kommersant” yazıb.   

Qeyd olunub ki, sentyabrın əvvəlindən qiymətli metalın qiyməti təxminən 6% artaraq 2,7 min dollara yaxınlaşıb.   

Artımın arxasında duran əsas amil ABŞ Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini 50 baza bəndi aşağı salaraq 4,75-5,00%-ə endirmək qərarı olub.   

Bu, 2020-ci ilin martından bəri ilk azalmadı. FED-in sədri Cerom Pauel iqtisadi vəziyyətin inkişafından asılı olaraq faiz dərəcələrinin daha da azaldılmasının mümkünlüyünü istisna etməyib. 

Günəş Mərd 

tag: Qızıl,Qiymət,Dollar,Rekord,Todaypress.az,