QİYAMƏT GÜNÜ YAXINLAŞIR - Nüvə ölkələri arsenalını “modernləşdirirlər”
Dünya
17.06.2024 13:10
Dünyanın doqquz nüvə dövləti öz nüvə silahlarını modernləşdirməyə davam edir. 2023-cü ildə onlar öz arsenallarına ümumilikdə 91,4 milyard dollar xərcləyiblər.
TodayPress xəbər verir ki, bu barədə Cenevrədə yerləşən Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatında deyilir. Məlumata görə, qlobal xərclər 10,7 milyard dollar artıb ki, bunun da 80%-i ABŞ-nin payına düşür.
Xərclərin həcminə görə Çin (11,8 milyard dollar) ikinci, Rusiya isə (8,3 milyard dollar) üçüncü pillədə qərarlaşıb.
Günəş Mərd
tag: Qiyamət Günü, Cenevrə, Rusiya, Nüvə Silahları, Çin, ABŞ, todaypress.az,