Qırmızı siyahıya düşən quşu öldürüb, yediyi üçün..

Dünya

23.07.2024 13:34

ABŞ-də realiti-şounun iştirakçısı çəkiliş zamanı Yeni Zellandiyada qorunan Veka quşunu öldürüb və yeyib.

TodayPress xəbər verir ki, ikinci sezonunu Yeni Zelandiyada çəkilən “Race to Survive” adlı şouda iştirakçılar öz güclərinə yeməklərini ovlayaraq həyatda qalmağa çalışırlar. 

Müsabiqə iştirakçısı Spenser Cons etiraf edib ki, quşu öldürüb yeyərkən, qaydanı pozduğunu bilirdi. Nəticədə həm iştirakçı, həm də onun komanda yoldaşı yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, Maori toyuğu və ya Veka quruda yaşayan və uça bilməyən quş növüdür. Cinsinin yeganə mövcud üzvüdür. Buna görə də həssas qurupa daxil edilib və qorunur.

Töhfə Səməd

tag: ABŞ, Qırmızı Siyahı, Yeni Zellandiya, Spenser Cons, Yarış, todaypress.az,