Qırğızıstanın məhdudiyyətləri Rusiyaya təsirsiz ötüşmədi

Dünya

09.09.2024 09:50

“Qırğızıstan hökumətinin Rusiya idxalçılarının ödəniş imkanlarını məhdudlaşdırmaq qərarı onları tədarük zəncirlərini dəyişməyə məcbur edəcək”.

TodayPress xəbər verir ki, bu barədə “Vedomosti”yə müsahibə verən ekspertlər bildirib.

Qırğızıstan Milli Bankının “İqtisadi təhlükəsizliyin təmin edilməsi və maliyyə sabitliyinin qorunması haqqında” qərarına əsasən, xarici ölkələrdən mal və ya digər xidmətlər daxil olan zaman banklar və digər maliyyə qurumlarına bir il müddətinə ödəniş etmək qadağan edilir. Qırğızıstanın İqtisadiyyat naziri Daniyar Amangeldiyevin sözlərinə görə, bu tədbir sadəcə şübhəli əməliyyatların qarşısını almaq üçün nəzərdə tutulub. 

“Bu qərar sahibkarlarımız üçün ödənişləri asanlaşdıracaq və onlara kömək edəcək” deyə o, izah edib.

Töhfə Səməd

tag: Qırğızıstan, Milli Bank ,İqtisadiyyat, Daniyar Amangeldiyev, Rusiya, todaypress.az,