Qırğızıstanda hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən keçmiş prokuror həbs edildi
Dünya
11.12.2024 13:54
Qırğızıstanın Ali Məhkəməsi respublika Baş Prokurorluğunun Daxili Təhlükəsizlik və Təhqiqatlar Departamentinin keçmiş baş prokurorunu hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə həbs edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Müstəntiqin vəsatəti təmin edilib. A.U.A-nın barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçilib” deyə məhkəmə qərarında bildirilir.
Qeyd olunur ki, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı yanvarın 9-dək həbsdə qalacaq. Saxlanılan şəxsin adı açıqlanmır.
Töhfə Səməd
tag: Müstəntiq, Qırğızıstan, Prokruror ,Hakimiyyət, todaypress.az,