Qırğızıstanda ardıcıl zəlzələlər baş verdi
Qırğızıstanın qərbində mayın 12-də ardıcıl iki zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Seysmologiya İnstitutu məlumat yayıb.
İlkin zəlzələ yerli vaxtla saat 07:33-də baş verib və 4,4 bal gücündə olub. Zəlzələnin episentri Cənubi Qırğızıstanda yerləşib.
İkinci yeraltı təkanın 5,5 bal gücündə olduğu bildirilib. Hazırda dağıntılar və ya tələfatla bağlı məlumat verilmir.
Qırğızıstanın fövqəladə hallar orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qiymət Mahir
tag: Qırğızıstan,Zəlzələ,Fövqəladə hal,Seysmologiya İnstitutu,todaypress.az,