Qırğızıstan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı
Dünya
20.11.2024 17:55
Qırğızıstan Xarici İşlər Nazirliyi həmvətənlərini Ukraynanı tərk etməyə çağırıb.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına şəxsi təhlükəsizlik tədbirlərini gücləndirməyi və zəruri hallarda vəziyyət tam sabitləşənə qədər Ukrayna ərazisini tərk etməyi qətiyyətlə tövsiyə edir” bəyanatda deyilir.
Qeyd edək ki, bundan öncə ABŞ, İspaniya, Yunanıstan və İtaliaynın Kiyevdəki səfirliyi atəş təhlükəsi ilə əlaqədar fəaliyyətini dayandırmaq qərarına gəldiyi bildirilib.
Günəş Mərd
tag: Qırğızıstan ,XİN,Ukrayna,Səfirlik,Rusiya,todaypress.az,