Qırğızıstan uranla bağlı qadağanı ləğv etdi

Dünya

13.06.2024 14:21

Qırğızıstan parlamenti ölkədə uran yataqlarının işlənməsinə 2019-cu ildə qoyulmuş moratoriumu ləğv edib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, qərarı respublikanın bəzi qanunvericilik aktlarına dəyişiklikləri nəzərdən keçirərək qəbul ediblər. 

Uran və torium yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi məqsədi ilə yerin təkinin geoloji tədqiqi ilə bağlı fəaliyyətin qadağan edilməsi haqqında qanun ikinci və üçüncü oxunuşda qüvvədən düşmüş hesab edilib. Qanun layihəsinin təşəbbüskarı Baş nazir Akılbek Japarov olub. 

Açıqlamada həmçinin vurğulanıb ki, qanunun qəbulu ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə uran və toriumun çıxarılması üçün müasir texnologiyaların dövlət qurumları tərəfindən monitorinqi ilə müşayiət olunacaq. 

Günəş Mərd

tag: Qırğızıstan, Parlament, Respublika, Kəşfiyyat,Uran Yataqları, todaypress.az,