Qırğızıstan Rusiyaya görə Qərbə qarşı çıxdı
Dünya
04.09.2024 15:35
“Qərb ölkələri Bişkekdən Vaşinqton və Brüsselin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməyi tələb edir. Lakin Rusiya ilə münasibətləri korlamaq Qırğızıstan üçün heç də faydalı deyil”.
TodayPress xəbər verir ki, bunu Qırğızıstan parlamentinin deputatı İsxak Masaliev deyib.
“Bizdən sanksiyalara riayət etmək tələb olunur. Yəni Avropa İttifaqı və Amerika sanksiyalar tətbiq edir, biz də sanki onları həyata keçirməyə borcluyuq” deyə deputat əlavə edib.
Masalievin fikrincə, Rusiya Qırğızıstanın yeganə strateji müttəfiqidir. Deputat, həmçinin respublikanın keçmiş prezidenti Almazbek Atambayevin Amerika hərbi bazasının Qırğızıstandan çıxarılması qərarını müsbət qiymətləndirib.
Töhfə Səməd
tag: Parlament, Qırğızıstan ,Avropa ,Rusiya ,Masaliev, todaypress.az,