Qırğızıstan Rusiya ilə heç bir siyasi ziddiyyətin olmadığını bildirdi
Dünya
21.10.2024 17:55
Qırğızıstanla Rusiya arasında heç bir siyasi ziddiyyət yoxdur.
TodayPress xəbər verir ki, bunu Moskvada Rusiya Baş naziri Mixail Mişustinlə görüşündə Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib.
“Ölkələrimiz arasında heç bir siyasi ziddiyyət yoxdur; bütün səviyyələrdə ikitərəfli əlaqələrin yüksək dinamikası qorunur” deyə o, bildirib.
Xatırladaq ki, bir neçə ay öncə Qırğızıstan Maliyyə Nazirliyinə məxsus olan “Keremet Bank” müvəqqəti olaraq Rusiya bankları vasitəsilə pul köçürmələrini dayandırdığını açıqlamışdı. Daha sonra isə Qırğızıstanın ən böyük kommersiya banklarından biri olan “Mbank” da açıqlama verərək ikitərəfli əməliyyatları müvəqqəti olaraq dayandırdığını bildirmişdi.
Töhfə Səməd
tag: Qırğızıstan, Maliyyə, Mbank, Rusiya, Mixail Mişustin, todaypress.az,