Qırğızıstan prezidenti MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Dünya

24.12.2024 21:16

Qırğızıstan prezidenti Sadır Japarov MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

TodayPress xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib.

"Dövlət başçısı MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə və Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək"  məlumatda qeyd olunub.

Bundan əvvəl prezident Sankt-Peterburqa işgüzar səfərə gəlib. Onu Pulkovo hava limanında Sankt-Peterburq qubernatorunun müavini Oleq Erqaşev və digər rəsmi şəxslər qarşılayıblar.

Aynur TAC

tag: MDB, Sank-Peterburq, Qırğızıstan, Səfər, Pulkovo, todaypress.az,