Qırğızıstan Miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqlədi

Dünya

21.01.2025 12:05

Qırğızıstan miqrasiya sahəsində əməkdaşlıq haqqında Azərbaycanla bağlanmış sazişi təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu haqda Qırğızıstanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, Qırğızıstanın prezidenti Sadır Japarov Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası ilə əlaqədar ölkə qanunvericiliyinə dəyişikliyin edilməsi haqda qanunu imzalayıb.

Qeyd edək ki, sözü gedən qanun 24 aprel 2024-cü ildə Bakıda imzalanıb və Qırğızıstan parlamenti tərəfindən 11 dekabr 2024-cü ildə təsdiqlənib.

Saziş ölkələr arasında miqrasiya, bir ölkənin vətəndaşlarının digər ölkə ərazisində hüquqlarının qorunması istiqamətlərində fəal əməkdaşlığı, həmçinin tərəflərin informasiya və təcrübə mübadiləsini nəzərdə tutur. 

Nicat Osman

tag: Qırğızıstan,Miqrasiya,Saziş,Qanun,Todaypress.az,