QHT-lər Konstitusiya Məhkəməsinin qarşısında aksiya keçirəcək

Dünya

17.07.2024 16:15

Gürcüstanda 121 qeyri-hökumət təşkilatı (QHT) ölkənin Konstitusiya Məhkəməsinin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edəcək. 

TodayPress xəbər verir ki, bunu “İnformasiya Azadlığının İnkişafı İnstitutu” QHT-nin nümayəndəsi Georgi Davituri deyib.

O, bildirib ki, QHT-lər qanunun konstitusiyaya zidd müddəalarının işini dayandırmaq üçün məhkəməyə müraciət edəcəklər. 

Qeyd edək ki, bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. O, bunu konstitusiyaya zidd adlandırıb.

Günəş Mərd

tag: QHT, Gürcüstan, İnformasiya, Konstitusiya, todaypress.az,