Qəzzanın son böyük xəstəxanası bağlanır

Dünya

28.12.2024 09:46


Qəzza zolağının şimalında sonuncu böyük tibb müəssisəsi olan Kamal Advan xəstəxanası bağlanıb. 

TodayPress xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı ( ÜST ) "X" sosial şəbəkəsində məlumat yayıb.

Səbəb kimi  HƏMAS-a qarşı müharibə zamanı bu əraziyə nəzarət edən İsrail ordusunun xəstəxananı hədəf alması göstərilib. 

"Bu səhər Kamal Advan xəstəxanasına edilən basqın nəticəsində Qəzzanın şimalındakı sonuncu böyük tibb müəssisəsi fəaliyyətini  dayandırıb" ÜST-dən qeyd olunub. 

Məlumata görə, xəstəxanada 60-a yaxın işçi, o cümlədən  ağır vəziyyətdə olan 25-ə yaxın xəstə qala bilər.

Günəş Mərd

tag: Qəzza ,Xəstəxana ,Vəziyyət, Kamal Advan, ÜST, todaypress.az,